Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Rumıniyaya 559,7 milyon ABŞ dolları dəyərində 1,043 milyon ton həcmində bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 191,1 milyon dollar və ya 51,8 , həcm baxımından isə 419 min ton və ya 67,1 faiz artıb.
Hesabat dövrü ərzində Rumıniya Azərbaycanın ən çox neft və neft məhsulları ixrac etdiyi ölkələr arasında dördüncü yeri tutub.
Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.
