Bakı. Trend:
Ərazi güzəştləri məsələsi Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini əhəmiyyətli dərəcədə ləngidir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu amerikalı vitse-prezident Cey Di Vens Britaniya nəşrinə müsahibəsində deyib.
O vurğulayıb ki, Rusiya bütövlükdə Donetsk bölgəsi üzərində nəzarəti təmin etmək istəyir. Vensin sözlərinə görə, ukraynalılar bunu ciddi təhlükəsizlik problemi kimi qiymətləndirirlər.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin Ukrayna qoşunlarının onların nəzarətində olan Donbas ərazilərindən çıxarılmasına israr etdiyini bildirmişdi. Ukraynalı liderin sözlərinə görə, bu təklif olunan sülh sazişi layihəsinin müddəalarından biridir.
Zelenski isə belə qərarla razılaşmadığını və onu ədalətsiz adlandırdığını qeyd edib. O vurğulayıb ki, əgər ukraynalı hərbçilər geri çəkiləcəksə, eyni hərəkəti Rusiya hərbçiləri də etməlidir.
