...

Naftalan neftinin beynəlxalq miqyasda tanıdılması üçün tədbirlər proqramı təsdiq edilib

Cəmiyyət Materials 22 Dekabr 2025 12:05 (UTC +04:00)
Naftalan neftinin beynəlxalq miqyasda tanıdılması üçün tədbirlər proqramı təsdiq edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı" təsdiq edilib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Səhiyyə Nazirliyi Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Tədbirlər Proqramının icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.

Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Səhiyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti