Bakı. Trend:
ABŞ-nin Danimarkadakı səfiri Ken Houeri Ağ Ev rəhbəri Donald Trampın Qrenlandiya üzrə xüsusi elçi təyin etməsi ilə əlaqədar ölkənin xarici işlər nazirliyinə çağırılacaq.
Trend xəbər verir ki, bu barədə Danimarkanın XİN rəhbəri Lars Lökke Rasmussen yerli telekanala müsahibəsində deyib.
“Biz yaxın zamanda ABŞ səfirini Xarici işlər nazirliyinə danışıqlara çağırıb ona iki tələbimizi bildirəcəyik: (mövqeyi )açıq-aydıb bildirsinlər və izahat versinlər”, -deyə nazir bildirib .
O, krallığın suverenliyinin ABŞ rəhbərliyi tərəfindən sual altına alınmasının yolverilməz olduğunu vurğulayıb.
Xatırladaq ki, dekabrın 21-də ABŞ prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkə hesabında Luiziana ştatından olan qubernator Ceff Lendrini ABŞ-nin Qrenlandiyaya xüsusi elçisi təyin etdiyini yazmışdı.
ABŞ liderinin fikrincə, qubernator “Qrenlandiyanın milli təhlükəsizlik üçün həyati əhəmiyyət daşıdığını anlayır və təhlükəsizlik naminə ABŞ-nin maraqlarını qətiyyətlə müdafiə edəcək”.
Lendri əvvəlki bəyanatlarında Danimarkanın muxtar ərazisini ABŞ-a birləşdirməyə çalışacağını söyləmişdi.
