...

Azərbaycandan İsrailə pul köçürmələri artıb

İqtisadiyyat Materials 22 Dekabr 2025 17:26 (UTC +04:00)
Azərbaycandan İsrailə pul köçürmələri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,576 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 303 min ABŞ dolları və ya 13,3% çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində İsrailin payı 0,7% təşkil edib.

Həmçinin cari ilin ilk 9 ayında İsraildən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,071 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,8 milyon ABŞ dolları və ya 16,4% azalma deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İsrailin payı 1,1% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,273 milyon ABŞ dolları, əks istiqamətdə isə 10,846 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti