...

Köç karvanı Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə çatıb (FOTO/YENİLƏNİB)

Cəmiyyət Materials 22 Dekabr 2025 13:43 (UTC +04:00)
Köç karvanı Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə çatıb (FOTO/YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Dekabrın 22-də Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

Trend xəbər verir ki, Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə 15 ailə - 66 nəfər, Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə isə 7 ailə - 31 nəfər keçmiş məcburi köçkün qayıdıb. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər.

13:43
xxx

Ağdam. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Trend-in yerli bürosunun xəbərinə görə, Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə, eləcə də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb.

Soğma yurda qayıdan sakinlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdərə Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə 7 ailə - 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə isə 15 ailə - 66 nəfər köçürülüb.

Xocalı rayonu Badara, Daşbulaq, Ağdərə rayonunun Vəngli, Kolatağ kəndlərinə qayıdan ailələr Ağdam rayonundan yola salınıblar.

Qeyd edək ki, bununlada Xocalı rayonu Badara kəndinə ümumilikdə 28 ailə (220 nəfər), Daşbulaq kəndinə 34 ailə (133 nəfər), Ağdərə rayonu Vəngli kəndinə 124 ailə (482 nəfər), Kolatağ kəndinə 33 ailə (120 nəfər) daimi qayıdışı təmin edilib.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti