Bakı. Trend:
Masallıda ov tüfəngi ilə bir qayınanasını öldürməkdə, üç qohumuna isə xəsarət yetirməkdə təqsirləndirilən Kamran Zərbəliyevin sonuncu məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Kamran Zərbəliyev 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə Masallı rayonunda baş verib.
Kamran Zərbəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
