Bakı. Trend:
Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda daha 2 oyun keçirilib.
Trend-in məlumatına görə, A qrupunda Mali Zambiya ilə 1:1 hesablı heç-heçə edib. B qrupunda isə Cənubi Afrika Respublikası Anqolaya qalib gəlib - 2:1.
Qeyd edək ki, Afrika Millətlər Kubokuna 2026-cı il yanvarın 18-də yekun vurulacaq.