Bakı.Trend:
2025-ci il ərzində "Bakı Metropoliteni" QSC müxtəlif maliyyə dəstəkləri və struktur dəyişiklikləri vasitəsilə fəaliyyətini gücləndirib.
Trend QSC-yə istinadən xəbər verir ki, bu ilin fevralın 20-də şirkət Maliyyə Nazirliyindən ilin sonunda qaytarmaq şərti ilə 244.8 milyon manat faizsiz kredit alıb.
Bundan əlavə, hökumət əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, yeni vaqonların alınması və infrastrukturu inkişaf etdirmək məqsədilə şirkətə 73.63 milyon manat kapital vəsaiti ayırıb.
