...

ABŞ HHQ-nin qırıcısı Trampın iqamətgahı istiqamətində hərəkət edən təyyarəni saxlayıb

Dünya xəbərləri Materials 22 Dekabr 2025 03:06 (UTC +04:00)
ABŞ HHQ-nin qırıcısı Trampın iqamətgahı istiqamətində hərəkət edən təyyarəni saxlayıb

Bakı. Trend:

ABŞ-ın Florida ştatının Palm Biç şəhərində Prezident Donald Trampın iqamətgahı üzərində uçuşa qadağan edilmiş hava məkanına bir təyyarənin daxil olması səbəbilə ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi havaya qaldırılıb.

Trend xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı "X" sosial şəbəkəsində açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarında komandanlığın "F-16" tipli qırıcı təyyarəsi Florida ştatının Palm Biç şəhəri üzərində uçuş üçün məhdudlaşdırılmış hava məkanına daxil olan hava vasitəsini müəyyən edərək ələ keçirib və vəziyyət təhlükəsiz şəkildə nəzarət altına alınıb.

Xəbər lenti

Xəbər lenti