...

İsveçdə 12 yaşlı muzdlu qatil həbs olunub

Dünya xəbərləri Materials 22 Dekabr 2025 14:51 (UTC +04:00)
İsveçdə 12 yaşlı muzdlu qatil həbs olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçdə polis 12 yaşlı muzdlu qatil həbs edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həbs olunan yeniyetmə planlaşdırılan sifarişli qətlə müqabilində 27 min dollar alsa da, atəş açaraq dostları ilə birlikdə olan başqa bir gənci güllələmişdi.

Cinayətin məqsədi və sifarişi verən şəxsin kimliyi hələlik naməlum qalır.

Polis həbs edilən yeniyetmənin bundan əvvəl də oxşar sifarişli silahlı hücumlar həyata keçirib-keçirmədiyini araşdırır.

“Biz cinayətkarların yaşının azalması tendensiyasını müşahidə edirik”,-deyə Malmö polisinin istintaq zabiti Rasem Çebil bildirib.

O əlavə edib ki, bir çox azyaşlılar sosial şəbəkələr vasitəsilə daha təcrübəli cinayətkarlar tərəfindən cəlb olunur və ağır cinayətlər üçün istifadə edilirlər. İsveçdə 15 yaşdan kiçik uşaqlar adətən həbs oluna bilməzlər, lakin indiki halda prokurorluq cinayətin ağırlığını nəzərə alaraq cinayət işi açmağa qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti