Bakı.Trend:
Göyçayda qadın hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Trend-in məlumatına görə, hadisə dekabrın 21-i baş verib.
Belə ki, Göyçay şəhərində yaşayan Mirzəliyeva Lalə İsgəndər qızının evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.
