...

Fransa Avropanın ən böyük aviadaşıyıcısının tikintisinə start verir

Dünya xəbərləri Materials 22 Dekabr 2025 05:58 (UTC +04:00)
Fransa Avropanın ən böyük aviadaşıyıcısının tikintisinə start verir

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron yeni nəsil nüvə aviadaşıyıcısının inşasını nəzərdə tutan proqramın rəsmi şəkildə başladığını elan edib.

Trend-in “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu açıqlama Makronun Əbu-Dabidə yerləşən hərbi bazada fransız hərbçilər qarşısında çıxışı zamanı səsləndirilib.

Yeni aviadaşıyıcı Fransa Hərbi Dəniz Qüvvələrinin hazırkı flaqmanı olan “Şarl de Qoll” gəmisini əvəz etmək üçün inşa ediləcək.

Prezident bildirib ki, “iri miqyaslı layihə”nin həyata keçirilməsinə başlanması ilə bağlı qərar məhz bu həftə qəbul olunub.

“Porte-Avions Nouvelle Génération” adlanan proqramın ümumi dəyəri təxminən 10,25 milyard avro həcmində qiymətləndirilir.

Qeyd olunur ki, yeni aviadaşıyıcı indiyədək Avropada tikilmiş ən böyük hərbi gəmi olacaq və K22 tipli iki nüvə reaktoru ilə təchiz ediləcək.

Gəminin 2038-ci ildə xidmətə verilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti