...

Azərbaycan və Türkiyə sığorta sahəsində istehlakçıların hüquqlarının müdafiəsini müzakirə ediblər

İqtisadiyyat Materials 22 Dekabr 2025 16:32 (UTC +04:00)
Azərbaycan və Türkiyə sığorta sahəsində istehlakçıların hüquqlarının müdafiəsini müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında sığorta sahəsində istehlakçıların hüquqlarının müdafiəsi müzakirə edilib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın nümayəndə heyəti Türkiyə Respublikasının Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunda işgüzar səfərdə olub.

Səfər çərçivəsində keçirilən görüşlərdə sığorta sahəsində istehlakçıların hüquqlarının müdafiəsi, bu istiqamətdə təşkilat tərəfindən istehlakçılara göstərilən xidmətlər, həmçinin əlilliyi olan şəxslər üçün maliyyə inklüzivliyi mövzuları müzakirə olunub.

Bununla yanaşı, istehlakçı müraciətləri, onların izlənilməsi və monitorinqi prosesi, eləcə də müraciətlərin alternativ həlli mexanizmi üzrə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti