...

Amnistiya çərçivəsində yetkinlik yaşına çatmayan şəxslər azadlığa buraxılıb

Cəmiyyət Materials 22 Dekabr 2025 10:55 (UTC +04:00)
Amnistiya çərçivəsində yetkinlik yaşına çatmayan şəxslər azadlığa buraxılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təşəbbüsü əsasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın icrasına başlanılıb.

Trend xəbər verir ki, amnistiya aktının icrası ilk olaraq 4 saylı cəzaçəkmə müəssisəsində həyata keçiriləcək.

Belə ki, 22 nəfər qadın məhkum azadlığa buraxılacaq (cəzasının çəkilməmiş hissəsindən azad olunacaq).

Onlardan ikisi azyaşlı övladı ilə məhkumluq həyatı yaşayan qadındır.

Bundan başqa 4 saylı cəzaçəkmə müəssisəsində 3 nəfər yetkinlik yaşına çatmayan məhkum da azadlığa buraxılacaq.

Qeyd edək ki, amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzasının 6 ay azaldılması nəzərdə tutulur.

Amnistiya, həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti