...

AYİB Azərbaycandakı layihələr portfeli üzrə yenilənmiş məlumatları təqdim edib

İqtisadiyyat Materials 22 Dekabr 2025 10:22 (UTC +04:00)
AYİB Azərbaycandakı layihələr portfeli üzrə yenilənmiş məlumatları təqdim edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabr ayının sonuna olan vəziyyətə görə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihələr portfeli 906 milyon avro təşkil edir və ümumilikdə 34 layihəni əhatə edir.

Trend AYİB-ə istinadən xəbər verir ki, bankın bu layihələrdə iştirak payı 1 faiz təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 695 milyon avro qiymətləndirilir.

Portfelin ümumi dəyərində özəl sektorun payı 40 faizdir.

AYİB-in Azərbaycanda fəaliyyətə başladığı vaxtdan etibarən bank ölkə iqtisadiyyatına ümumilikdə 3 milyard 678 milyon avro investisiya qoyub. Ayrılmış vəsaitlərin ümumi həcmi isə 3 milyard 418 milyon avro təşkil edir.

Bu günədək AYİB Azərbaycanda 199 layihənin gerçəkləşməsinə dəstək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti