Bakı. Trend:
Bu ilin iyun ayından başlayaraq oktyabr ayınadək Azərbaycan İraqdan 163 min ABŞ dolları dəyərində 439,7 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Beləliklə, Azərbaycan İraqdan idxal edilən neftin bir tonu üçün 370 dollar ödəyib.
Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 3 ölkədən – Rusiya, Qazaxıstan və İraqdan 648,2 milyon ABŞ dolları dəyərində 1,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 232,9 milyon ABŞ dolları və ya 26,4%, həcm baxımından 219 min ton və yaxud 13,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 21 ölkəyə 10,9 milyard ABŞ dolları dəyərində 20,7 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
