Bakı.Trend:
Qubada sürücü etibarnamə ilə idarə etdiyi maşınla piyadanı vuraraq öldürüb.
Trend-in məlumatına görə, hadisə dekabrın 21-də baş verib.
Belə ki, 21.12.2025-ci il tarixdə Bəhram Allahverdiyev
etibarnamə ilə idarə etdiyi “Nissan” markalı avtomobillə Quba
şəhərində yolu keçən piyada Humay Zeynalovanı
vuraraq öldürüb.
Faktla bağlı Quba RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
