Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında XVII tura yekun vurulub.
Trend-in məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib.
Günün ilk matçında "Başakşəhər" "Qaziantep"i 5:1 hesabı ilə darmadağın edib.
Turun bağlanış oyununda isə "Trabzonspor" səfərdə "Gənclərbirliyi" klubuna uduzub - 3:4. Bununla da Superliqada mövsümün ilk hissəsinə yekun vurulub.
Qeyd edək ki, 2025-ci ili "Trabzonspor" 35 xalla 3-cü, "Başakşəhər" 23 xalla 7-ci, eyni xala malik "Qaziantep" 9-cu, "Gənclərbirliyi" isə 18 xalla 11-ci pillədə başa vurub.