...

İl ərzində Almaniyaya ixrac olunan neftin həcmi açıqlanıb

İqtisadiyyat Materials 22 Dekabr 2025 17:55 (UTC +04:00)
İl ərzində Almaniyaya ixrac olunan neftin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar- noyabr aylarında Azərbaycandan Almaniyaya ümumilikdə 502 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 956,7 min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 132,4 milyon ABŞ dolları və ya 20,9 faiz, həcm baxımından isə 45,3 min ton və ya 4,5 faiz azdır.

Xatırladaq ki, ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Almaniyaya 634,4 milyon ABŞ dolları dəyərində 1,002 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti