...

Moskvada rusiyalı ordu generalına sui-qəsd olub

Dünya xəbərləri Materials 22 Dekabr 2025 11:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada Rusiya Silahlı Qüvvələrinin Əməliyyat-hazırlıq İdarəsinin 56 yaşlı rəisinə sui-qəsd cəhdi olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Törədilən partlayış nəticəsində general Fanil Sərvərov çoxsaylı qəlpə yaraları alıb və xəstaxanaya yerləşdirilib.

İlkin versiyaya görə, sui-qəsd zamanı partlayış kustar üsulla hazırlanmış partlayıcı qurğu ilə həyata keçirilib.

Partlayış sürücünün "Kia Sorento" markalı avtomobilə minib onu işə salmasından sonra baş verib.

Faktla bağlı cinayət işi açılıb. Hüquq mühafizə orqanları hadisəni törədən cinayətkarın müəyyənləşdirilərək saxlanılması istiqamətində iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti