...

Trend BİA əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2025 15:15 (UTC +04:00)
Trend BİA əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar (FOTO)

Bakı. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşları Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar.

Medalları əməkdaşlara Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Sevil Mikayılova təqdim edib.

Medalların təqdimat mərasimində milli mətbuatının inkişafına göstərdikləri daimi diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya təşəkkür ifadə olunub.

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Trend Beynəlxalq İnformasiya Agentliyinin 9 əməkdaşı, Day.Az xəbər portalının 4, Milli.Az xəbər portalının 1 və Azernews qəzetinin 2 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalları ilə təltif ediliblər.

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalları ilə təltif olunan əməkdaşların siyahısını təqdim edirik:

İlqar Hüseynov - Trend İnformasiya Agentliyin Direktoru

Cəmilə Ocaqova - Trend İnformasiya Agentliyinin direktor müavini

Sahil Kərimli - Trend İnformasiya Agentliyinin direktor müavini

Elçin Ağacanov - Trend İnformasiya Agentliyinin direktor müavini

Rufiz Rəhimov - Tend İnformasiya Agentliyinin direktor müavini

Emin Əliyev - Trend İnformasiya Agentliyinin Baş redaktoru

Leyla Abdullayeva - Trend İnformasiya Agentliyinin Monitorinq üzrə direktoru

Ləman Zeynalova - Trend İnformasiya Agentliyin Baş redaktor müavini

Vüqar İmanov - Trend İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin müdiri

Maryana Əhmədova - Day.Az xəbər portalının Baş redaktoru

İbrahim Əliyev - Day.Az xəbər portalının baş redaktor müavini

Leyla Tarıverdiyeva - Day.Az xəbər portalının redaktoru

Aytəmiz Məmmədova - Day.Az xəbər portalının redaktoru

Asif Dəmirov - Milli.Az xəbər portalının baş redaktoru

Elnur Ənvəroğlu - Azernews qəzetinin baş redaktor müavini

Qabil Aşirov - Azernews qəzetinin siyasi, iqtisadi analitik yazarı

Qeyd edək ki, bu ilin fevralın 20-də Prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Sənədə əsasən, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı" təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti