...

Hələbdə yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində iki mülki şəxs həlak olub

Dünya xəbərləri Materials 22 Dekabr 2025 23:07 (UTC +04:00)

Bakı. Trend:

Şimali Hələbdə "Suriya Demokratik Qüvvələri" kürd koalisiyası döyüşçülərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində ən azı iki mülki şəxs həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Syria TV" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, kürd döyüşçüləri Əl-Cəmiliyada bir ərazini atəşə tutublar.

Bundan əvvəl, şimali Hələbdə kürdlərlə Suriya keçid hökumətinin qüvvələri arasında toqquşmalar baş verib. "Ikhbariya" televiziya kanalı bildirib ki, kürdlər yaşayış məntəqələrini atəşə tutur, ən azı 10 mülki şəxsi yaralanıb. !SANA" agentliyi xəbər verib ki, kürd döyüşçüləri şəhərin əsas Əl-Razi Xəstəxanasının ərazisini atəşə tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti