Bakı. Trend:
Fransada ölkənin milli poçt xidməti və onun bank sistemi güclü kiberhücum nəticəsində iflic olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, DDoS tipli virtual hücum Milad bayramı ərəfəsində bağlamaların çatdırılmasında gecikmələrə, onlayn ödənişlərdə isə ciddi pozuntulara yol açıb.
Poçt xidməti olan "La Poste" yaydığı açıqlamada bildirib ki, DDoS hücumu onun “onlayn xidmətlərini əlçatmaz vəziyyətə salıb”. Kibermüdaxilə müştəri məlumatlarına təsir göstərməsə da, bağlama və məktubların çatdırılmasında fasilələrə səbəb olub.
Şirkətin bank bölməsi olan “La Banque Postale”ın müştəriləri ödənişləri təsdiqləmək və ya digər bank əməliyyatlarını həyata keçirmək üçün tətbiqdən istifadə edə bilməyiblər.
