...

Tailand və Kamboca bu tarixdən atəşkəslə bağlı danışıqlara başlayır

Dünya xəbərləri Materials 22 Dekabr 2025 13:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand və Kamboca 24 dekabrdan etibarən təmas xəttində atəşkəs rejiminin tətbiqi ilə bağlı danışıqlara başlayacaqlar.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tailandın xarici işlər naziri Sixasak Phuanqketkeu açıqlama verib.

Onun sözlərinə görə, Tailand Kamboca ilə atəşkəs rejiminin tətbiqi imkanını müzakirə etməyə hazırdır. “Atəşkəs rejiminin yaradılması ilə bağlı dialoqun bərpasını alqışlayırıq. Danışıqlar artıq mövcud olan Birgə Sərhəd Komitəsi çərçivəsində keçiriləcək. Və bu görüş Kamboca tərəfinin təklifi əsasında 24 dekabra təyin olunub”, – deyə o bildirib

Kamboca və Tailand sərhədində odlu silahlardan istifadə olunmaqla toqquşmalar 7 dekabrda başlayıb. Tailand Krallığının Quru Qoşunları döyüşlər zamanı 21 hərbçinin öldüyünü açıqlayıb. Kamboca isə öz itkiləri barədə məlumat verməyib, lakin Tailand tərəfinin məlumatına görə, toqquşmalar nəticəsində 200-dən çox Kamboca hərbçisi həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti