...

Panama Venesueladan müsadirə edilmiş tankerlərdə öz bayrağının istifadəsini araşdırır

Dünya xəbərləri Materials 23 Dekabr 2025 01:31 (UTC +04:00)

Bakı. Trend:

Panama hakimiyyəti Venesuela sahillərində ABŞ tərəfindən saxlanılan neft tankerlərində Panama bayrağının istifadəsini araşdırır.

Trend-in məlumatına görə, bu barədə Panamanın xarici işlər naziri Xavyer Martines-Aça deyib.

"Şübhə altında olan gəmilər mövqe təyinetmə sistemlərini söndürüblər ki, bu da narahatlıq əlamətidir. Ad dəyişiklikləri və ekipaj məlumatlarında uyğunsuzluqlar da qeydə alınıb. Bütün bunlar panama bayrağının lazımi məsuliyyət olmadan istifadə edildiyini düşünməyə bizi vadar edir", - deyə nazir bildirib.

O, müəyyən edilmiş pozuntuların dövlət bayrağının mümkün sui-istifadəsini göstərdiyini vurğulayaraq, Panama hakimiyyətinin beynəlxalq standartlara və mövcud qanunvericiliyə uyğun hərəkət etdiyini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti