...

İranın İsrailə qarşı hər hansı bir hərəkəti çox sərt cavab ilə qarşılaşacaq - Netanyahu

Dünya xəbərləri Materials 22 Dekabr 2025 22:48 (UTC +04:00)
İranın İsrailə qarşı hər hansı bir hərəkəti çox sərt cavab ilə qarşılaşacaq - Netanyahu

Bakı. Trend:

İranın İsrailə qarşı hər hansı bir hərəkəti çox sərt cavabla qarşılanacaq.

Trend-in məlumatına görə, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Yunanıstan hökumətinin başçısı Kiriakos Mitsotakis və Kipr Respublikasının Prezidenti Nikos Xristodulides ilə üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxışında deyib.

"İranın son zamanlar hərbi təlimlər keçirdiyinin fərqindəyik. Biz bunu yaxından izləyirik və lazımi qiymətləndirmələri aparırıq. İrana aydın şəkildə bildirmək istəyirəm ki, İsrailə qarşı hər hansı bir hərəkətə çox sərt cavab veriləcək", - deyə B.Netanyahu bildirib.

İsrailin baş naziri qeyd edib ki, İsrail 2025-ci ilin iyun ayında "İranla on iki günlük müharibə zamanı böyük uğurlar qazanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti