...

“Bakı Metropoliteni”nin fəaliyyətini dayandırmış banklardakı 3 milyon 700 min manata yaxın vəsaiti geri qaytarılmayıb

Cəmiyyət Materials 22 Dekabr 2025 14:08 (UTC +04:00)
“Bakı Metropoliteni”nin fəaliyyətini dayandırmış banklardakı 3 milyon 700 min manata yaxın vəsaiti geri qaytarılmayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“Bakı Metropoliteni” QSC-nin 2016-cı ildə fəaliyyətini dayandırmış iki bankda yerləşdirilmiş 3 milyon 700 min manata yaxın vəsaiti indiyədək geri qaytarılmayıb.

Trend xəbər verir ki, QSC-nin açıqladığı sonuncu hesabatda sözügedən məbləğ şirkətin cari bank hesablarında nəzərə alınsa da, faktiki olaraq istifadəsiz qalıb.

“Bakı Metropoliteni”nin vəsaitlərinin 1 milyon 563 min manatı “Texnikabank” ASC-də, 2 milyon 166 min manatı isə “Bank Standard”da qalıb.

Ümumi məbləğ 3 milyon 709 min manat təşkil edir.

Şirkətin 2024-cü ilin sonuna dair maliyyə hesabatında qeyd olunur ki, zərər ehtiyatı çıxıldıqdan sonra pul vəsaitləri və onların ekvivalentləri 9 milyon 839 min manat səviyyəsində formalaşıb. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım deməkdir.

Xəbər lenti

Xəbər lenti