Bakı. Trend:
Boliviyada hakimiyyət orqanlarının yanacaq subsidiyalarının dayandırılmasını elan etməsindən sonra yolları bağlayan etirazlar başlayıb.
Trend-in məlumatına görə, bu barədə "El Deber" qəzeti xəbər verib.
Məlumata əsasən, Boliviyanın yol şəbəkəsini idarə edən agentlik etirazçıların nəqliyyatın hərəkətini dayandırması ilə bağlı ən azı 20 hadisə qeydə alıb. Onların əksəriyyəti La-Pas, Oruro, Koçabamba və Çukisaka departamentlərində baş verib.
Daha əvvəl ölkənin ən böyük həmkarlar ittifaqlarını birləşdirən Boliviya İşçi Mərkəzi subsidiyaların ləğvinə etiraz olaraq tətil keçirmək niyyətində olduğunu açıqlamışdı.