...

Vaşinqton Qəzzanın bərpasına 60 milyard dollar ayrılacağı ilə bağlı xəbəri təkzib etdi

Dünya xəbərləri Materials 22 Dekabr 2025 13:01 (UTC +04:00)
Vaşinqton Qəzzanın bərpasına 60 milyard dollar ayrılacağı ilə bağlı xəbəri təkzib etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Vaşinqton Qəzza sektorunun infrastrukturunun bərpası planının həyata keçirilməsi üçün federal büdcədən 60 milyard ABŞ dolları məbləğində qrantlar və kredit zəmanətləri ayırmağı planlaşdırmır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “X” hesabında paylaşım edilib.

“Bu, saxta xəbərdir. Planda ABŞ-nin 60 milyard dollar ödəyəcəyi barədə heç bir qeyd yoxdur”, – deyə açıqlamada vurğulanır.

Bununla belə, Dövlət Departamenti Qəzzanın bərpasına dair planın mövcudluğunu inkar etmir.

Bundan əvvəl yerli mətbuatda qeyd olunmuşdu ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner Qəzza sektorunun bərpasına dair təklif hazırlayıblar. “Şəfəq Layihəsi” (Project Sunrise) adlanan bu təşəbbüs “bombalanmış anklavın parlaq bir metropola çevrilməsini” nəzərdə tutur. ABŞ tərəfinin qiymətləndirməsinə görə, bunun üçün 10 il vaxt və 112,1 milyard ABŞ dolları tələb olunacaq.

Nəşr yazır ki, planda Qəzzanın bərpasını hansı ölkələrin və şirkətlərin maliyyələşdirəcəyi, həmçinin yenidənqurma dövründə 2 milyon fələstinlinin harada yaşayacağı göstərilmir. Eyni zamanda mətbuatda qeyd edilirdi ki, Vaşinqton bu layihədə əsas oyunçu olmağa, o cümlədən təxminən 60 milyard dollar məbləğində qrantlar və kredit zəmanətləri təqdim etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti