Bakı. Trend:
İtaliya A Seriyasının “Milan”la “Komo” arasında keçiriləcək oyun Avstraliyanın Pert şəhərində baş tutmayacaq.
Trend xəbər verir ki, son həftələrdə yekunlaşmağa yaxın olan uzunmüddətli danışıqlar uğursuzluqla nəticələnib.
“Milan” və A Seriyası bu ideyanın reallaşdırılması üçün maksimum səy göstəriblər.
Matç İtaliya çempionatının Avstraliyada tanıdılması baxımından kommersiya və strateji addım kimi dəyərləndirilirdi.
Qeyd edək ki, A Seriyasının 24-cü turunun “Milan” - “Komo” oyununun fevralın 8-də keçirilməsi planlaşdırılır.