Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın administrasiyası Asiya, Afrika, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrindən 48 səfiri geri çağırmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə "The New York Post" qəzeti mənbələrə istinadən xəbər verib.
"Bu, istənilən administrasiyada standart prosedurdur. <...> Səfir prezidentin şəxsi nümayəndəsidir və prezidentin bu ölkələrdə "Amerika Birinci" gündəliyini təbliğ edən şəxslərin olmasını təmin etmək səlahiyyəti var", - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Qeyd edilib ki, Tramp administrasiyası hələ də ABŞ-nin əsas tərəfdaşları olan ölkələrdə daimi diplomatik nümayəndəlik rəhbərlərini təyin etməyib. Xüsusilə, Avstraliya, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və ya Ukraynada ABŞ səfirləri yoxdur.