...

Nərimanovda tibb müəssisəsindən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 22 Dekabr 2025 16:49 (UTC +04:00)
Nərimanovda tibb müəssisəsindən oğurluq edən şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nərimanov rayonunda yerləşən tibb müəssisələrinin birində oğurluq hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Belə ki, zərərçəkən şəxs polisə müraciət edərək bank kartından 180 manatlıq alış-veriş edildiyini, həmçinin içərisində 300 manat olan pul kisəsinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Kərimov müəyyən edilərək saxlanılıb.

Onun bir qadına məxsus içərisində *1500* manat, sənəd və bank kartları olan çantasını oğurlaması da məlum olub.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti