...

Xudatda işıq kəsiləcək

Cəmiyyət Materials 22 Dekabr 2025 10:35 (UTC +04:00)
Xudatda işıq kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xudat Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 22 dekabr tarixində 110/35/10 kV-luq “Xudat” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq.

Trend xəbər veir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək 10 kV-luq hava xətləri üzərində yerləşən bir sıra kənd və qəsəbələrdə (Həsənqala, Ağaşirinoba, Çinartala, Dədəli, Bostançı, Baraxum, Palıdlı, Kənd Xudat, Seyidlər, Mahsuskənd, Yasaqoba, Aşağı Ləgər, Balaqusar), eləcə də Xudat şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti