Bakı. Trend:
Yaponiyada 58 yaşlı hücumçu Kadzuesi Miura “Fukusima Yunayted” futbol klubu ilə müqavilə imzalayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Müqavilənin imzalanmasından sonra idmançı peşəkar karyerasının sayca 41-ci mövsümünə qədəm qoymuş olub. Miura hazırda dünyanın ən yaxşı aktiv peşəkar futbolçusu hesab olunur.
“Fukusima Yunayted” forvardın karyerasında 19-cu klubu olacaq. İlk müqaviləsini o 1986-cı ildə Braziliyanın “Santos” klubu ilə bağlayıb.
Miura İtaliyanın A Seriyasında çıxış edən ilk yapon futbolçu olub, həmçinin Xorvatiya, Avstraliya və Portuqaliya klublarında da oynayıb. Yaponiyada 1993-cü ildə “J”Liqanın ən dəyərli oyunçusu seçilib və "Yokohama" klubunda 20 il çıxış edib. Futbolçunun Yaponiya millisinin heyətində 89 oyunda 55 qolu var.
