...

AHİK Yeni il hədiyyələri ilə bağlı yayılan iddialara aydınlıq gətirib

Cəmiyyət Materials 22 Dekabr 2025 16:16 (UTC +04:00)
AHİK Yeni il hədiyyələri ilə bağlı yayılan iddialara aydınlıq gətirib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər mətbuatda və sosial şəbəkələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyəti ilə bağlı yayılan bəzi məlumat və şərhlərdə Yeni il münasibətilə təqdim olunan bayram hədiyyələrinin mahiyyəti məqsədli şəkildə yanlış kontekstdə təqdim olunur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AHİK-dən məlumat verilib.

Bildirilir ki, Yeni il bayramı ərəfəsində həmkarlar ittifaqları tərəfindən üzvlərə və onların ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlara bayram hədiyyələrinin verilməsi uzun illərdir mövcud olan sosial xarakterli ənənədir və bu təşəbbüs cari ildə də davam etdirilir:

"Bu təşəbbüslərin fərqli və təhrif olunmuş formada təqdim edilməsi isə məsələnin mahiyyətinə kölgə salmağa yönəldilib.

AHİK-in fəaliyyətinə bu cür yanaşmalar reallığı əks etdirmir, həyata keçirdiyi sosial təşəbbüslərin təhrifedici və qərəzli təqdimatı ictimai rəyin yanlış formalaşmasına səbəb olur".

"AHİK daim həyata keçirdiyi sosial proqramlar barədə ictimaiyyətə rəsmi kanallar vasitəsilə dolğun məlumat verir.

İctimaiyyəti və media nümayəndələrini məsələlərə obyektiv yanaşmağa, sosial təşəbbüsləri təhrif olunmuş təqdimat predmetinə çevirməməyə çağırırıq", - qurumdan əlavə olunub.

Qeyd edək ki, sosial mediada AHİK tərəfindən müəllimlərə hədiyyə qutularının verilməsi və qutulardakı məhsullar barədə şikayətlər yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti