...

Səhiyyə Nazirliyində ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2025 14:50 (UTC +04:00)
Səhiyyə Nazirliyində ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüş keçirilib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyində ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili xanım Emi Karlon ilə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Vaşinqtonda imzalanmış Azərbaycan və ABŞ hökumətlərarası imzalanmış Anlaşma Memorandumunun ikitərəfli tərəfdaşlığının yeni strateji mərhələsinin təməlini qoyduğunu bildirib.

Azərbaycanda şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Səhiyyə sisteminin rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayan Teymur Musayev, ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlığın qurulmasının önəmini qeyd edib. Eyni zamanda, tibb təhsili, həkimlərin təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsində təcrübə mübadiləsinin vacibliyi diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti