Bakı. Trend:
Yeni Qvineya adasının (Papua – Yeni Qvineya) şərqində 6,4 bal gücündə zəlzələ baş verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Qorok şəhərindən 35 kilometr şimalda qeydə alınıb. Yeraltı ocağı isə 88 kilometr dərinlikdə olub
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur, suniami təhlükəsiz elan olunmayıb.
