Bakı. Trend:
İsrailin XİN rəhbəri Gideon Saar Qərb ölkələrində, o cümlədən Böyük Britaniya, Fransa və Avstraliyada yaşayan yəhudi icmalarına səslənərək, təhlükəsizliklə bağlı və antisemit zəminli hücum risklərinin artması ilə əlaqədar İsrailə köçməyə çağırıb
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Saar yəhudilərin “bütün dünyada ovlandığını” (təqib edildiyini - red) bildirərək, Avropada Qəzza münaqişəsi ilə əlaqədar antisemit zəminli hücumların artdığına diqqət çəkib.
“Yəhudilərin hər yerdə təhlükəsizlik şəraitində yaşamaq hüququ var. Lakin biz baş verənləri görür və tam şəkildə anlayırıq, həmçinin müəyyən tarixi təcrübəmiz mövcuddur. Bu gün yəhudilər bütün dünyada təqib olunur”,- deyə nazir bildirib.
Qeyd edək ki, xarici işlər naziri belə bir bəyanatı Avstraliyada, Sidney şəhər çimərliyində Hannukka mərasimi zamanı törədilən terror hücumu fonunda verib. Həmin silahlı hücumda 15 nəfər həlak olmuş , onlarla insan yaralanmışdı.
