...

İran İsrailə heç bir mesaj göndərməyib – İran XİN

Dünya xəbərləri Materials 15 İyun 2025 17:08 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İsrailə Kipr və ya başqa ölkələr vasitəsi ilə hər hansı mesajı göndərməyib.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (15 iyun) yerli mediaya xarici KİV-də İran prezidenti Məsud Pezeşkianın İsrailə Kipr vasitəsi ilə İsrailə mesaj göndərməsi ilə əlaqədar məlumata münasibət bildirərkən deyib.

Bəqai bildirib ki, İran tərəfindən hər hansı İsrailə göndərilməsi təsdiqlənmir.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Xəbər lenti

Xəbər lenti