Bakı. Trend:
14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu
barəcə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı
əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli
münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun
tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri
müzakirə olunub.