...

İran İsrailə məxsus daha bir qırıcı təyyarənin vurulduğunu bəyan edib

Dünya xəbərləri Materials 14 İyun 2025 15:23 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Az öncə İranın qərbində İsrailə məxsus “F 35” qırıcı təyyarəsi İran tərəfindən vurulub.

Trend-in məlumatına görə, bu haqda İran ordusunun rəsmi informasiya portalı məlumat yayıb.

Məlumata görə, qırıcı təyyarənin vurulması ilə pilot katapultdan istifadə edib.

Bildirilir ki, İran artıq İsrailə məxsus 3 qırıcı təyyarəni vurub.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı “Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildə hərbi obyektlərin vurulduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti