Bakı. Trend:
İrandan İsrailə yeni raket zərbələri endirilib.
Trend xəbər verir ki, bu barədə İsrail Ordusu və İran KİV-i məlumat yayıb.
Məlumata görə, raket buraxılışı Tehrandan həyata keçirilib.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.