Bakı. Trend:
Tyerri Anri "GiveMeSport" tərəfindən tərtib olunan Premyer Liqa tarixinin ən yaxşı futbolçuları siyahısında birinci yeri tutub.
Trend xəbər verir ki, bu 20 nəfərlik reytinq siyahısı futbolçuların vurduğu qollar, məhsuldar ötürmələr, şəxsi və komanda uğurları, eləcə də liqadakı karyera müddətinə əsasən hazırlanıb.
Ən güclü 20 oyunçu aşağıdakılardır:
Tyerri Anri
Ueyn Runi
Alan Şirer
Məhəmməd Salah
Rayan Qiqqz
Kriştiano Ronaldo
Kevin De Bruyne
Erik Kantona
Stiven Cerrard
Pol Skoulz
Frenk Lempard
Roy Kin
Patrik Viyera
Con Terri
Serxio Aquero
Vircil van Deyk
Harri Keyn
Dennis Berqkamp
Didye Droqba
Eşli Koul