Bakı. Trend:
İyunun 14-də amerikalı milyarder və “SpaceX” şirkətinin rəhbəri İlon Mask İran ərazisində Starlink peyk internet sisteminin aktivləşdirildiyini bildirib.
Trend xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
“Şüa siqnalları aktivdir”, – deyə Mask yazıb.
O, bu şərhi bir istifadəçinin İran vətəndaşları üçün Starlink xidmətinin işə salınması ilə bağlı müraciətinə cavab olaraq verib.
Xatırladaq ki, Starlink peyk interneti senzura və internetə çıxış məhdudiyyətlərinin olduğu regionlarda sərbəst əlaqə yaratmaq imkanına görə geniş maraq doğurur.