...

İsrailin İrana hücumu region üçün ciddi riskdir - Ərdoğan

Dünya xəbərləri Materials 15 İyun 2025 15:26 (UTC +04:00)
İsrailin İrana hücumu region üçün ciddi riskdir - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumu ilə başlayan gərginliyin regionun təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib.

Trend xəbər verir ki, bu fikri Ərdoğan Oman sultanı Heysem bin Tarık bin Teymur Əl Said ilə telefon danışığı zamanı səsləndirib.

Ərdoğan hücumların nüvə sazişi üzrə danışıqların altıncı raundu ərəfəsində baş verməsinin diqqətçəkən olduğunu vurğulayıb və nüvə mübahisəsinin yeganə həll yolunun diplomatik danışıqlar olduğunu qeyd edib.

Türkiyə Prezidenti əlavə edib ki, baş verən son hadisələr beynəlxalq ictimaiyyətin diqqətini Qəzza zolağında davam edən humanitar böhrandan yayındırmamalıdır.

Xəbər lenti

Xəbər lenti