Bakı. Trend:
Məşhur britaniyalı futbol nəşri "FourFourTwo" versiyasına əsasən, futbol tarixinin ən güclü 11-lik komandası tərtib olunub.
Trend xəbər verir ki, rəmzi komandada hələ də karyerasını davam etdirən üç ulduz futbolçu — Manuel Noyer, Lionel Messi və Kriştiano Ronaldo da yer alıb.
"FourFourTwo"nun versiyasına görə bütün zamanların ən yaxşı 11-liyi belədir:
Qapıçı: Manuel Noyer
Müdafiəçilər: Karlos Alberto, Paolo Maldini, Bobbi Mur, Franko Baresi
Yarımmüdafiəçilər: Lotar Matteus, Andres İnyesta, Dieqo Maradona
Hücumçular: Lionel Messi, Pele, Kriştiano Ronaldo
Qeyd edək ki, siyahı futbolçuların fərdi nailiyyətləri, meydandakı təsiri və ümumi futbol tarixindəki yeri nəzərə alınaraq tərtib olunub.