Bakı. Trend:
İran raketləri Təl-Əvivdəki Ben-Qurion hava limanına düşüb.
Trend xəbər verir ki, bu barədə “NourNews” agentliyi məlumat yayıb.
Yayılan görüntülərdə hava limanından tüstü qatının yüksəldiyi görünür.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.