...

Yardımlıda 1,5 ton xaş-xaş kolu məhv edilib

Hadisə Materials 14 İyun 2025 15:48 (UTC +04:00)
Yardımlıda 1,5 ton xaş-xaş kolu məhv edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yardımlıda 1,5 ton xaş-xaş kolu məhv edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1470 kiloqram olan 6700 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti