...

Kürdəmir şəhərində “VAZ 2104” markalı avtomobildə baş vermiş yanğın söndürülüb (VİDEO)

Hadisə Materials 15 İyun 2025 13:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Kürdəmir şəhəri, Soltan Şıxaliyev küçəsində minik avtomobilində yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun avtomobilin digər hissələrinə keçməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində “VAZ 2104” markalı avtomobilin salon hissəsi yanıb, digər hissələri isə yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti